“Instagram”ın yeni mesajlaşma tətbiqi “Threads” təqdim edilib.
Facemark.az xəbər verir ki, Android və iOS üçün çıxan yeni “Instagram” proqramı, direkt olaraq yaxın dostlar ilə əlaqəyə fokuslanır.
“Threads”, “Snapchat”ın “Instagram”da yaxın dostlar qrupuna anlıq olaraq foto paylaşımını təmin edən funksiyasına bənzəyir. Hazırda “Instagram” bir çox funksiyasını “Snapchat”dan alır. Bu funksiya ilə yaxın dostlar siyahısındakı şəxslər ilə mətn, foto, videodan başqa, şarj vəziyyəti, yer bilgisi kimi bir çox informasiya paylaşılacaq.
“Threads”, eyni zamanda “Instagram” hekayələrini də göstərəcək. Güman edilir ki, bu yeni həmlə ən çox gənclər arasında populyar olacaq.
“Facebook”un yeni funksiya haqqında rəsmi açıqlaması isə belədir: “Salam. Yaxın dostlarınızla əlaqədə qalmaq üçün yeni tətbiq olan Threads qarşınızdadır. Bu tətbiqlə foto, video, stories-ləri Instagramın yaxın dostlar siyahısında çox sürətlə paylaşa bilərsiniz. Yaxın dostlarınızdan gələn mesajlar artıq “Threads”da görünəcək, ancaq bu mesajlar Instagram-ın özündə də əlçatan olacaq”.
