İnternet-mağazası Wildberries öz platforması üzərindən sərbəst çalışan Rusiyalı vətəndaşların hazırladıqları məhsulları – geyim, ayaqqabı, aksessuar, suvenirlərin satışını həyata keçirməyə hazırdır.
Facemark.az xəbər verir ki, bu haqda “Kommersant” nəşri yazıb. Eyni prinsip ilə Çinin marketpleysi olan “AliExpress” də işləyir.
Şirkətin biznesin inkişafı üzrə direktoru Vyaçeslav İvaşenko isə deyib ki, bu halda riteyler 2020-ci ilə 3000-ə qədər yeni partnyor cəlb etməyə hazırlaşır. Kiçik bizneslər ilə iş şirkətin strategiyasının bir hissəsidir.
Hazırda onlar ilə 15 000 təchizatçı işləyir. Onlardan 9000-i isə kiçik və orta bizneslər məşğul olan şəxslərdir. Təchizatçılar ilə əlaqə xüsusi portal üzrə elektron formada aparılacaq.
“İnfoline-Analitik”in baş direktoru Mixail Burmistrov hesab edir ki, bu onlayn-riteylerə unikal malların çeşidini genişləndirməyə kömək olacaq.
Onun sözlərinə görə, Wildberries güclü rəqabət üstünlüyü əldə edəcək: “Kiçik bizneslə məşğul olanlar üçün isə belə böyük meydança ilə əməkdaşlıq maraqlı olacaq”. Amma ekspertlər xəbərdarlıq edir ki, sərbəst işləyən vətəndaşlar tərəfindən hazırlanan məhsulların keyfiyyətinə nəzarət etmək çətin olacaq.