Dünyaca məşhur avtomobil rejissoru Tibor Glagenin imzasını daşıyan yeni “Honda Civic” reklamı “İçinde Fazlası Var” sloqanı ilə yayıma girib.
Facemark.az xəbər verir ki, Türkiyədəki tanıtımından sonra, reklam filmi Avropa və Körfəz ölkələrində də nümayiş olunacaq. Reklam filmində beş ayrı avtomobildə olan fərqli funksiyaların tək bir “Honda Civic”də birləşməsindən bəhs edilir.
Reklam filminin prodakşını isə “Istanbuldogz”a məxsusdur. Reklam agentliyi isə BÜRO olub. Çəkilişlər Kayseri Çöl Göl-də bir gün aparılıb, amma prodakş işləri isə iki ay çəkib.
Qeyd edək ki, yenə BÜRO tərəfindən hazırlanan Civicin öncəki reklam filmi də 29 ölkədə yayımlanmışdı.
“Honda Civic”in Bodrumda tanıtımı edilib. “Honda Türkiye”nin rəhbəri Takuya Tsumura isə açıqlamasında demişdi ki, “Bu gün bizim üçün çox vacib gündür. Çünki türk istehlakçısının ən sevdiyi modellərə başçlıq edən Civic-i daha sportiv və daha çox texnoloji şəkildə müştərilərin bəyənilməsinə təqdim edirik”.