MIT araşdırmaçısı və “parolla qorunan istifadəçi hesabı” konseptini hazırlayan Fernando 'Corby' Corbato vəfat edib.


Facemark.az xəbər verir ki, Corbato, “Wall Street Journal”ına (WSJ) 2014-cü ildə verdiyi reportajda deyirdi ki, onun hazırladığı sadəcə seqmentasiya və əsas gizlilik addımıdır.


Ancaq onun bu addımı kompüter təhlükəsizliyinin formalaşmasına kömək olub. “Corbato Qanunu” da adından da göründüyü kimi araşdırmaçıya məxsus olub, bu qanunda iddia edilirdi ki, proqramçılar hansı dildən istifadə edirlərsə etsinlər, müəyyən zaman kəsiyində eyni miqdarda kod yazacaqlar.


Bu düşüncəyə görə, eyni əməliyyatı daha az kod yazaraq etməyinizə icazə verən dili seçməyiniz daha faydalı olmağınıza kömək olacaqdı. Bu qanun ilə, daha çox vaxt alan alt səviyyə kod yerinə, üst səviyyə dillərin istifadəsini ön plana atmışdı.


Corbatonun “Multics” zaman paylaşma sistemi isə “Linux” kimi gələcəkdəki əməliyyat sistemlərinin daha geniş təhlükəsizlik tənzimləmələrinə və hiyerarşik fayl sisteminə malik olmasına yol açıb.


Qeyd edək ki, kompüter parollarını kəşf edən ad olaraq yad edilən Fernando 'Corby' Corbato 93 yaşında vəfat edib.