“Facebook” oyun istehsalçıları üçün reklamın yeni formatını hazırlayıb.
Facemark.az xəbər verir ki, bu haqda “The Drum” nəşri yazıb.
Onun yoxlanması zamanı oyunların yüklənməsi reklam olunmayan məhsullar ilə müqayisədə 60% artıb. Sosial şəbəkə istifadəçiləri özünün xəbər lentində oyunun yüngül versiyasını yükləməmişdən öncə yoxlaya biləcəklər. “Facebook” həmçinin bu cür reklam üçün yeni ölçü alətlərini hazırlayıb.
Sosial şəbəkə zif-faylların və şaquli videoların köməyi ilə yeni ölçü alətlərini genişləndirməyi planlaşdırır. Beləliklə, reklamverənlər sosial şəbəkə xaricində istifadə etdikləri “Facebook” fayl və videolarından faydalana biləcək.
Qeyd edək ki, daha əvvəl sosial şəbəkənin nümayəndəsi “The Wall Street Journal” nəşrinə bildirmişdi ki, onlar reklama baxışa görə istifadəçilərə ödəniş etməyə hazırdırlar. Ödənişin “Facebook”un şəxsi kriptovalyutası ilə həyata keçiriləcəyi deyilmişdi.
