Amerikanın texnologiya korporasiyası “Apple” bütün qacetləri üçün iOS 13, watchOS 6 və planşetlər üçün mobil platforma iPadOS-u təqdim edib.


Facemark.az-ın məlumatına görə, təqdimat istehsalçılar üçün illik təşkil edilən Worldwide Developers Conference (WWDC 2019) konfransı çərçivəsində baş tutub.


iOS 13 çoxdan gözlənilən qaranlıq mod və sürətləndirilmiş iş rejimini əldə edib. iOS 13-ün qaranlıq modu praktiki olaraq klaviatura da daxil olmaqla, “Apple”in bütün sistem və firma əlavələrində aktivləşib.


Mövzu iş stolunda və vidcet və şəkillərə baxış vaxtı işləyir. Yenilənmə əlavələrə toxunub belə ki, indi onlar yaddaşda daha az yer tutacaqlar. Belə ki, standart klaviaturada svaypın köməyi ilə mətnin yığılması funksiyası yaranıb. Həmçinin yenilənmə “Foto” əlavəsinə, musiqiyə qulaq asmaq üçün əlavəyə, həmçinin səsli assistent Siri-yə təsir edəcək. Apple Maps əlavəsini də yeniləyib. Komanda xəritəni daha dəqiq edib və xəritəyə üçölçülü interaktiv panoramlar əlavə edib.


Kompaniya məlumatların qorunması ilə bağlı yeni funksiyasını elan edib. İndi istifadəçilər hansı məlumatlar lazımdırsa, onları yalnız özü seçib paylaşa biləcək. Yeni əməliyyat sistemi Apple ID vasitəsilə 3-cü tərəf xidmətlərə qoşulmağa kömək olacaq.


iOS 13, iPhone SE, 6s və yeni iPod touch, iPadOS — iPad Air 2, Mini 4 və bütün Pro.larda əlçatan olacaq. Bu halda iPhone 5s və daha köhnə modellər yenilənmədən kənarda qalacaq.