“Ukrayna prezident administrasiyasının başçısının müavini Sergey Trofimov deyib ki, ölkə başçısı Vladimir Zelenski gündə 15 saat işləyir”.
Facemark.az-ın məlumatına görə, o bu haqda “Ukrayna həqiqəti” qəzetinə deyib.
Onun sözlərinə görə, Zelenski bütün əməkdaşlardan öncə işə gəlir və yalnız 22:00-dan sonra işdən gedir.
“Onun bizim hamımız ilə müqayisədə sərt qrafiki var”, - deyə Trofimov deyib.
O, həmçinin bildirib ki, prezidentdən başqa, işə daha tez gələn Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Boqdandır.
Daha əvvəl deyilirdi ki, Zelenskinin komandası “Krımın qaytarılması” strategiyası üzərində işləyir.