Dünyanın ən böyük video paylaşma platforması “YouTube” kanalların cari abunəçilərinin sayını yuvarlaq rəqəmlərlə ifadə edəcəyini bildirib.
Facemark.az-ın məlumatına görə, “The Verge” nəşri yazır ki, şirkət, məsələn, 10.500.000 abunəçisi olanı 10.000.000 olaraq göstərəcək.
Yeniliyin qüvvəyə minməsindən sonra, “YouTube” üzərindəki kanalların abunəçi hesablarına, əsasən hesabların nə qədər abunəçi qazandığını və itirdiyini göstərən “Social Blade” kimi veb saytlarının da işini funksiyasız edə bilər.
Videohostinqin məhsulların inkişafı üzrə komandası blog səhifəsində yayımladığı məqalədə yeniliyi “Hər yerdə daha çox uyğunluğu” təmin etmək üçün gündəmə aldıqlarını bildirib. Bəzi kanallar abunəçi saylarını qeyd olunan şəkildə göstərmək imkanına sahibdir, ancaq məhsulların inkişafı qrupu daha geniş yayılan və bunu tək tip funksiya halına gətirmək istəyir.
“YouTube”un yeni funksiyası, platformanın ən çox kontent yaradan kanallarına sahib olan Felix “PewDiePie” Kjellberg, James Charles, Tati Westbrook, Jeffree Star ve Turner “Tfue” Tenney kimi bəzi adların izləyicilər tərəfindən abunəçi saylarında artım və azalma üzərindən six təzyiq altına alınmalardan sonra gəlib.
Bu arada başqa sosial media platformaları da bənzər funksiyalar üzərində çalışırlar. Məsələn, “Instagram” bir fotonun nə qədər layk aldığını göstərməmək funksiyasını sistemə əlavə etməyi dəyərləndirir. “Twitter” isə retweet və like kimi istifadəçilərdə asılılıq yaradan funksiyaların daha az istifadə olunmasını təmin edən yeniliklər haqqında düşünür.
“YouTube”un abunəçi saylarını yuvarlaq göstərən yeni funksiyası avqust ayında əlçatan olacaq.