“Google” axtarış nəticələrinin verilməsi üzrə alqoritmi dəyişib. İndi axtarış zamanı ilk 10 sırada təsvirlər daha çox çıxır. Belə ki, hazırda internet şirkəti təsvir ilə kontentə üstünlük verir. Ekspertlər bunu axtarış sistemində istifadəçilərin davranışlarının dəyişikliyi ilə əlaqələndirirlər.
Facemark.az-ın məlumatına görə, bu haqda “MediaPost” nəşri yazıb.
“SeoClarity”- proqram təminatı istehsalçısının məlumatlarına görə, hazırda bu göstərici 34%-ə çatır. Nəşr yazır ki, indi səbəblərdən biri odur ki, informasiyanın axtarılması zamanı açar sözlərin axtarışlarının 3-də 1-i hər-hansı təsvir ilə bağlıdır.
seoClarity-nin tədqiqatına görə, yeni sistem bütün gücü ilə 19 martda çıxıb. Birinci belə testlər isə 12, 13 və 13-19 apreldə olub. Kompaniya qeyd edib ki, təxminən 50 hadisədə təsvirlər TOP-10-da çıxıb. Onlar axtarış zamanı ilk 3-lükdə yer alıblar. Hesabatda qeyd olunan diaqramma, əsasən belə nəticəyə gəlmək olar ki, axtarış zamanı təsvirlərin ön plana çıxması əvvəlki dövrlər ilə müqayisədə indi daha da ön plandadır.
seoClarity hesab edir ki, indi SEO mütəxəssisləri axtarış optimazisiyası ilə bağlı strategiyaya daha çox diqqət ayırmalıdırlar. Həmçinin bir çox müəssisələr vizual mətnləri daha çox etməklə, rəqiblərindən öndə ola bilərlər.
Alqoritmdə dəyişikliyin edilməsi özü öyrənən “RankBrain” sisteminə əsaslanır. “Google” bundan 2015-ci ildən istifadə edir. Korporasiya bildirmişdi ki, indi istifadəçilər təsvirlər ilə mətnlərə daha çox üstünlük verir. Şirkət axtarış zamanı dəyişikliyi göstərmək üçün köynək sözündən istifadə edir. Məsələn, müqayisə üçün 2 mart və 21 apreldə verilən axtarışlar qeyd olunub.


