Ekspertlər Rusiya sakinləri üçün borşun hazırlanmasının neçəyə başa gəlməsini hesablayıb.
Facemark.az-ın məlumatına görə, bu haqda “Praym” nəşri yazıb.
Onların məlumatına görə, supun hazırlanması üçün lazım olan inqridentlərə ən çox pul ödəyən Saxalin sakinləri olacaq. Belə ki, 300 millilitrlik boşqabda borş 45 rubla (1,18 AZN) başa gələcək.
Ən ucuz borşu isə Rusiyanın Penza ərazisində hazırlamaq olar. Bir boşqab borşun hazırlanmasında istifadə olunan məhsullara görə, 19,5 rubl ödəniləcək. Rusiyalılar üçün ev borşunun bir boşqabının orta qiyməti 25 rubla çatır. Təxminən Peterburq sakinləri də bu qiyməti ödəyir. Moskvalılar üçün isə bu qiymət 31,2 rubl (0,84 AZN) təşkil edir.
Borşun hazırlanmasının neçəyə başa gəlməsini hesablamaq üçün ekspertlər borşun klassik reseptini əsas götürüblər. Məsələn, məhsullar belə olub: 500 qram mal əti, 250 qram kələm, üç kartof, iki çuğundur, 1 kök, 1 soğan, 1 qaşıq tomat pastası, bitki yağı, sarımsağın 2 dişi və 15 qram xama. Məhsullar ilə 3 litr supun hazırlanması nəzərdə tutulmuşdu.
Qeyd edilir ki, Rusiyalılar borşu ictimai qidalanma müəssisələrində yemək istəsələr, bu onlara evdəki ilə müqayisədə daha baha başa gələcək. Adambaşına bir boşqab supun qiyməti isə 84 rubl təşkil edəcək. Ən bahalı borş Kalininqrad əyalətində satılır, qiyməti 92,5 (2,42 AZN) rubl, ən ucuzu isə Kirovski əyalətində, burda isə adambaşına bir boşqab supun qiyməti 40 (1 AZN) rubldur.