Bu gün ən geniş yayılan kommunikasiya vasitələrindən biri də “WhatsApp”dır. Sosial platforma, qruplar üçün qrup dəvəti funksiyasını elan edib.


Facemark.az xəbər verir ki, “WhatsApp”ın yeni funksiyası ilə tətbiqdə kimlərin sizi bir söhbət qrupuna əlavə edəcəyini, eyni zamanda kimlərin dəvət göndərəcəyini özünüz müəyyən edə bilərsiniz.


“WhatsApp”a qrup dəvətlərini idarə etmək funksiyası əlavə edildi. Qəbul edək ki, “WhatsApp” qrup söhbətlərindən daha çox istifadə olunur. Amma istifadəçilərin istəyi olmadan onların qrup söhbətlərinə əlavə edilməsi bezdirici hala çevrilmişdi. Yeni funksiyaya, əsasən sizi qrup söhbətinə əlavə etmək istəyən şəxslər sizə dəvət göndərmək məcburiyyətində qalacaq.


WhatsApp > Gizlilik > Qruplar bölməsini izlədikdən sonra, qarşınıza, heç kimsə, kontaktlarım, hər kəs olaraq 3 seçim çıxır. Heç kim bölümü seçdiyiniz təqdirdə, “WhatsApp” istifadəçisi sizi söhbət qrupuna əlavə edə bilmir. Əlavə etmək istədikdə isə dəvət göndərmək məcburiyyətində qalır. Kontaktlarım bölümündə isə telefonununuzda adı olan şəxslər sizə dəvət göndərməmişdən sizi “WhatsApp” qrupuna əlavə edə bilir. Son olaraq isə, hər kəs bölümü bütün “WhatsApp” istifadəçilərinin sizi qrupa əlavə etməsinə icazə verir.


Əlavə edək ki, qrup dəvətini 3 gün içində təsdiq etməzsəniz, təklif avtomotik olaraq ləğv edilir. Dəvət gəldikdə isə qrupun adından tutmuş, ora daxil olan şəxslərə qədər bütün detalları görə bilərsiniz.


Bu, “WhatsApp” istifadəçilərinin spam qruplardan azad olması deməkdir. Yeni funksiya yaxın zamanda Android və iOS platformlarında da istifadəyə veriləcək.