“Apple” martın 25-də təşkil etdiyi flaqmanında “Apple TV+” adlı film və seriallardan ibarət videoservis platformasını, “Apple News +” adlı xəbər xidmətini və “Apple Arcade” adlı oyun tətbiqini və “Apple Card” adlı kredit kartını təqdim edib.
Apple News+
“Apple”in baş icraçı direktoru (CEO) Tim Kukun təqdimat zamanı tanıtdığı ilk xidmət Apple News+ olub. “Apple” ABŞ-dakı bir çox məşhur jurnal və qəzeti özündə birləşdirən platforma yaradıb. Bu platformaya aylıq abunə üçün 10 dollar ödəməli olacaqsınız. “LA Times” və “Wall Street Journal” kimi ABŞ-ın məşhur gündəlik qəzetləri də platformada yer alıb. Bundan başqa, dünyanın ən köhnə jurnalları olan “National Geographic”, “The New Yorker” və “Wired” da platformada yer alacaq. “Apple News+” da sadəcə ənənəvi mediada olan informasiyalar deyil, eyni zamanda , adıçəkilən platformaya aid dijital kontent də yer alacaq. “Apple News+” dijital yayıma daimi gəlir modeli gətir-gətirməyəcəyi də müzakirə olunan məsələlərdəndir.
Apple TV+
“Apple”, “Netflix”ə rəqib olaraq hazırladığı yeni platforması Apple TV+ da təqdim edib. Şirkət artıq “Amazon”, “Netflix” və “Disney” ilə bərabər dijital video sektorunda da rəqabət edəcək. Apple, eyni zamanda Apple TV sahiblərinin bütün dijital video kontentlərini bir hesabdan idarə etməsinə imkan verəcək. Apple TV + -un ilk kontentlərini yaradacaq şəxslər arasında Stiven Spilberq (serial Udivitelniye istorii- Amazing Stories), Stiv Karell, Riz Uizerspun və Cenifer Eniston (serial Utrennee şou -This Moning show), Kunmeil Nanciani (serial Malenkaya Amerika -Little America) və başqaları var.
Apple Card
“Apple” dünən virtual kredit kartını da təqdim edib. “Apple Card” adı verilən virtual kredit kartının sahibləri “Apple Store”dən alınacaq məhsullarda 3% edirim əldə edəcək.
Apple Arcade
“Apple” sadəcə özünə aid olan oyunları bir platformada – “Apple Arcade”də birləşdirir. 100-dən çox iOS əməliyat sistemini dəstəkləyən oyunlar pullu olaraq adıçəkilən platformada satışa çıxarılacaq. Platformanın payızda əlçatan olması gözlənilir.
Mənbə: sostav.ru, marketinq türkiye