Belarusun Kommunikasiya və Marketinq Agentlikləri Assosiasiyası, Avropanın Kommunikasiya Agentliklərinin Assosiasiyasının (EACA) üzvi beynəlxalq reklam və marketinq festivalı -“White Square”ın hazırlıqlara başladığını elan edib.
Facemark.az-ın bu keçiriləcək forumun Azərbaycan üzrə informasiya dəstəkçisi olduğunu bildirməkdən məmnunluq duyuruq. Şərqi Avropanın ən böyük reklam festivallarından birinin təşkilatçısı olan ACMA - “White Square”-yə informasiya dəstəkçisi olmaq üçün saytımıza müraciət edib.
Bildirək ki, hər il “White Square” reklam və marketinq festivalı 25-dən çox Avropa ölkəsindən 1000-dən çox giriş və 700-dən çox akkreditə olunmuş qonaq cəlb edir.
Qlobal kreativ index “The Gunn”un nümayəndələri, festivalın proqramın təşkilini və münsiflər heyəti və girişləri yüksək qiymətləndirmiş və “White Square”yi Şərqi Avropanın ən böyük reklam festivalı kimi qəbul etmişdi. Təşkilatçılar əmin edir ki, festival ənənələri qoruyacaq, eyni zamanda yenilikləri və sahə üzrə əsas sənaye tendensiyalarını dəstəkləyəcək.
Siz festival haqqında daha çox məlumatı -“White Square”ın rəsmi veb saytı üzərindənadfest.by əldə edə bilərsiniz.
Əlavə edək ki, festival Belarusun paytaxtı Minsk şəhərində yerləşən biznes mərkəzi “Green Plaza”da aprelin 17-19-da, saat 11:00-da baş tutacaq.

