Çöl reklamlarının operatoru olan “Russ Outdoor” ispan zərgərlik evi “Tous” üçün interaktiv dayanacaqda artırılmış reallıq (AR) əsaslı reklam kampaniyasını reallaşdırıb.
Facemark.az xəbər verir ki, çöl reklamının yerləşdirilməsini isə “Universal McCann” agentliyi həyata keçirib.
Dayanacaq Moskvanın Petrovka küçəsində yerləşir. Reklam çarxının işə salınması piyada ona yaxınlaşan zaman infraqırmızı sensorun hərəkət siqnalından sonra baş verir. Fonda hədiyyə paketi və zərgərlik şirkətinin – “Tous”un simvolu olan marka ayısı görünür. Reklam çarxının translyasiyasından sonra ekranda interaktiv xəritə görünür. Burada brendin yaxınlıqda yerləşən mağazaları göstərilir. Həmin xəritələrdən birinin üstünə vurmaqla, siz mağazaya gedən marşrutu çəkə bilərsiniz.