“Google Play” mobil tətbiqdən e-kitaba qədər bir çox kateqoriyada 2018-ci ilin ən yaxşılarını açıqlayıb.
“Google” ənənəvi olaraq ötən ili dəyərləndirib və “Google Play” hesabatı adı altında təqdim edib.
Facemark.az xəbər verir ki, bu dəfə ötən ilin yaxşılarını seçmək üçün istifadəçilərin səslərinə də yer verilib.
2018-ci ilin ən yaxşı Android tətbiqi 31 dildə söz öyrənməyə kömək olan “Drops” olub. İstifadəçilərin səsverməsinə görə, ilin ən yaxşı platforması isə “YouTube TV” seçilib. “PUBG Mobile “ isə, həm “Google”un dəyərləndirməsinə, həm də istifadəçi səslərinə görə ilin ən yaxşı oyunu olub.
Aşağıda “Google”a görə, ötən ilin ən yaxşılarının adını elan edirik.
2018-ci ilin ən yaxşı tətbiqi
Drops: Learn 31 new languages
2018-in ən yaxşı oyunu
PUBG Mobile
2018-in ən yaxşı beş filmi
Black Panther
Avengers: Infinity War
Thor: Ragnarok
Jumanji: Welcome to the Jungle
Deadpool 2
2018-in ən yaxşı 5 TV proqramı
The Walking Dead
Riverdale
The Big Bang Theory
The Flash
PAW Patrol
2018-in ən yaxşı beş e-kitabı
Fire and Fury – Michael Wolff
The Outsider – Stephen King
Fear – Bob Woodward
12 Rules for Life – Jordan B. Peterson
Girl, Wash Your Face – Rachel Hollis
2018-in ən yaxşı 5 səsli kitabı
12 Rules for Life – Jordan B. Peterson
Girl, Wash Your Face – Rachel Hollis
Fear – Bob Woodward
Becoming – Michelle Obama
The Outsider – Stephen King
İstifadəçilərin favoriləri
Oyun: PUBG Mobile
Platforma: YouTube TV
Film: Avengers: Infinity War
Oyun və mobil tətbiq kateqoriyaları üçün daha çox məlumatı bu linkdən əldə edə bilərsiniz.