Ötən ay “Google Assistant”ın Andorid istifadəçiləri üçün türkçə dil dəstəyinin əlçatan olmasından bəhs etmişdik. Dijital assistant 17 fərqli dilə- ingilis, fransız, alman, italyan, yapon, koreya dili, ispan dili, portuqal dili və s. dəstək verir. Beləliklə, “Google”un türkçə dil dəstəyi andoriddən sonra, artıq iOS üçün də yüklənə bilər.

“Google Assistant” nələr edə bilir?


- Onun köməyi ilə istənilən yerin havası haqqında məlumat ala bilər, digər günlər üçün də təxmini öyənə bilərsiniz.


- Sadəcə səsinizdən istifadə edərək, yatacağınız və ya dərman qəbul edəcəyiniz saatlar və bir çox vəziyyətlər üçün alarm qurub istiqamətləndirmək olar. Yemək bişirmək, oyunlar, paltarları yumaq və digər fəaliyyət növləri üçün zamanlayıcıdan istifadə etmək mümkündür.


- Fotolarını içindəki nəsnələrə və çəkildikləri yerlərə görə axtarıb tapmaq olar. Təg etmək lazım deyil. Aradığınız foto haqqında məlumat, məsələn taix, albom adı və s. deyərək “Google Foto”dan nəticələri əldə edə bilərsiniz.

- Fərqli kəlimələri assistanta oxutdura və mənşəyini öyrənmək olar.


- Assistantınızdan filmlər və seanslar haqqında da məlumat ala bilərsiniz.


- Exchange əməliyyatını apara bilərsiniz.


- Vebdən daha sürətlə axtarış nəticəsi almaq üçün sadəcə səsinizdən istifadə etmək olar.


- Assistantınızdan istifadə edərək, şəxslərə, şirkətinizə, yaxud hər-hansı telefon nömrəsinə zəng etmək mümkündür.


Mənbə: DigitalAge