“Instagram”da hər dəfə yeniliyin şahidi oluruq. Bu dəfə isə məşhur sosial platforma səsli mesaj fuksiyasını aktiv etdiyini elan edib.


Facemark.az xəbər verir ki, “Instagram” istifadəçiləri artıq “WhatsApp”dakı kimi bir-birilərinə səsli mesaj göndərə biləcəklər.


“Instagrama” səsli mesaj dəstəyi


Direct mesajlaşma platformasını “WhatsApp”, “Facebook Messenge”dakı kimi gündəlik yazışmalar üçün daha rahat hala gətirmək istəyən “Instagram” səsli mesaj funksiyasını aktivləşdirdi. Funksiya iOS ve Android platformalarında şəxsi və qrup söhbətlərində əlçatan olacaq. Son yeniliyə görə, istifadəçilər yalnız 1 dəqiqə davam edən səsli mesajlar göndərə biləcək. Yenilənmədən sonra, “Instagram Direct” də səsli mesaj göndərmək üçün “WhatsApp”dakı səs düyməsini tutub saxlamaq kifayətdir.



Görünən odur ki, “Instagram”ın Direct mesajlaşma platformasına əlavə etdiyi yeni funksiya ilə uzun mesajlar yerinə, səsli mesaj göndərmək istəyən istifadəçilərin həyatını asanlaşdıracaq.