“Facebook”a daxil olan “Instagram” sosial şəbəkəsi izləyici və bəyənmə sayını artırmaq üçün üçüncü növ tətbiqlərdən istifadə edən istifadəçilərinə qarşı yeni yola əl atıb.


Facemark.az DigitalAge-ə istinadən xəbər verir ki, sosial media platformalarında populyar olmaq istəyən şəxslər, hər-hansı bir maneə ilə qarşılaşmadan, rahatlıqla izləyici, şərh, bəyənmə sayı alır və “Instagram” botlarına xidmət edirlər.


Bunun üçün bəyənmə, izləyici, şərh sayını qeyd edir və buna müvafiq də ödəniş etmək kifayətdir. Bu, botlardan xilas olmaq istəyən “Instagram” yeni proqramı işə salır. “Instagram” nümayəndələri məsələ ilə bağlı açıqlamada deyiblər ki, saxta bəyənmə, şərhləri nəzərə alaraq, saxta istifadəçiləri platformadan təmizləyəcəyik. Həmçinin açıqlamada qeyd edilib ki, oqanik olmayan bəyənmə, izləmə, şərhlər “Instagram”ın qaydalarını pozur.



Qeyd edək ki, “Instagress” və “Social Growth” kimi izləyici sayını artırmağa yönələn populyar botlardan bəziləri bağlanıb. Ancaq “InstarocketProX” və “Boostio” kimi üçüncü tərəf tətbiqləri ödəniş tələb etməyə davam edir.
Xatırladaq ki, saxta hesablar məsələsinə həssaslıq göstərən “Twitter” müəyyən periodlarda siyahı hazırlayır və bu hesabları silir. Keçmişdə saxta hesabları silən “Instagram” isə saxta bəyənmələrə qarşı addım atmamışdı. Platforma bu cür xidmətlərdən istifadə edən istifadəçi hesablarını müəyyən etmək üçün maşın öyrənmə sistemindən istifadə etdiyi açıqlayıb. “Instagram”ın isə yayımladığı rəsmi açıqlamaya buradan baxa bilərsiniz.