Rusiyanın paytaxtı Moskva şəhərində (Pokrovka) noyabrın 15-16-da 28-ci dəfədir ki, baş tutacaq “Red Apple 2018” beynəlxalq reklam festivalı keçiriləcək.
Facemark.az Sostav.ru-ya istinadən xəbər verir ki, festivalın proqramına, həmçinin mühazirələr, müzakirələr, seminar, beynəlxalq yaradıcılıq məktəbi tərəfindən veriləcək vorkşoplar daxildir. Ölkənin ən böyük, prestijli, kreativ hadisəsi reklam bazarının beynəlxalq dərəcəli aparıcı ekspertlərini və media sənayesini bir araya gətirəcək. Bu il festivalın təşkilatçıları qonaqları üçün yenilənmiş formatda və kifayət qədər dolu proqram hazırlayıb.
Münsiflər heyətinin ulduzlu tərkibi
“Red Apple 2018”in münsiflər heyəti 250 “Kann şir”lərinə sahib şəxslərdən ibarətdir. Almaniya, Hindistan, Braziliya, BƏƏ, Rusiya, Polşa, Belarus, Böyük Britaniya, Ruminiya, Filippin, Cənubi Koreyanın nəhəng reklam agentliklərində çalışan kreativ direktorlar 2018-ci ilin ən yaxşı kreativ işini seçəcəklər. Münsiflər heyətinin sədri Aleksandr Şill 75-dən çox “Kann Şir”lərinə sahibdir, 2 Qran-pri və “Serviceplan Global”ın əsas yaradıcı direktorudur.
Proqram haqqında
Yuxarıda da qeyd etdiyimiz kimi , festivalın proqramına, həmçinin mühazirələr, müzakirələr, seminar, beynəlxalq yaradıcılıq məktəbi tərəfindən veriləcək vorkşoplar daxildir. Vorkşopun qalibi 8000 avro qrant alacaq. Bundan əlavə, qalib “Miami Ad School Europe”un portfolio programa aid kursuna, eləcə də yenə “Miami Ad School Europe & Mads” tərəfindən onlayn kurs olan “Сoncepting”də dərs əldə edəcək.
“Miami Ad School Europe & Mads” tərəfindən vorkşop baş tutacaq
“Red Apple”ın əsas maarifləndirici layihəsi isə, sözsüz ki, beynəlxalq məktəb olan “Miami Ad School Europe & Mads” tərəfindən baş tutacaq eksklüziv “Elevator Pitch Workshop”u olacaqdır. Vorkşoplarda bacarıqları inkişaf etdirmək üçün iştirakçılara “Miami Ad School Europe”ın təsisçisi və idarəedici direktoru Niklas Frings-Rupp, “Miami Ad School Europe”un məzunu, pedaqoq, mentor Marc Voßhall, yenə eyni məktəbin məzunu olan, “Friends Moscow” həmtəsisçisi və kreativ direktoru Arina Avdeyeva və “Friends Moscow”un digər həmtəsisçisi Denis Eliseyev olacaqdır.
Top spiker-media, reklam və kreativ sferanın aparıcı nümayəndələrindən bəziləri:
“Esquire”nin baş redaktoru Sergey Minayev
“Calligrafuturism” cərəyanının yaradıcısı Pokras Lampas
“Event Management в MACS” fakültəsinin dekanı Pavel Nedostoyev
“Kotex”in reklam siması, blogger, “Rəqs” şousunun finalisti, rəqqas Yuliana Buholtz
“Red Apple”ın spikerləri və proqramı haqqında daha ətraflı məlumat üçün linkə klik edə bilərsiniz. Biletlər haqqında informasiya üçün isə link aktivdir.




