Biznes və markaların nümayəndələrini bir araya gətirən “Brand Week Istanbul”un ikinci günü yenə bir-birindən fərqli təqdimatlar ilə yadda qalıb. Konfransın baş tutduğu Zorlu PSM-də ikinci gün səhnəni “Sərhəd tanımayan doktorlar”(MSF) prezidenti Dr.David Noguera danışıb. O, MSF olaraq məsul olduqları çətin vəzifələrdən və texnologiyanın bu çətin işdə onlara olan faydasından bəhs edib.
MSF 1971-ci ildə təsis edilib və bu gün qurumun 6 milyondan çox xeyriyyəçisi mövcuddur. Təşkilata dünyanın dörd bir yanında təbii fəlakətlərdən, müharibələrə, epidemiyalara qədər ən pis şərtlər altında insanlıq üçün mübarizə aparan 100-dən çox millətdən könüllü həkimlər dəstək verir.
Rəhbərlərin xəyalı niyə həqiqətə çevrilmir?
David Noguera çıxışı zamanı deyib ki, onun normaldan daha az maaşla, dünyanın ən çətin yerlərində aylarla çalışan, bundan çox böyük zövq alan keyfiyyətli çalışanları mövcuddur. O, bildirib ki, əlbəttə ki, bu cür iş modeli bir sıra rəhbərlərin xəyalıdır. “MSF-nin bunu reallaşdıra bilməsinin arxasında motivasiya mənbəyi var. Onlar uğrunda mübarizə aparacaqları mənalı və yaxşı bir şey olduğunu bilirlər”. Noguera deyib ki, özəl şirkətlərin belə bir iş modelini həyata keçirə bilməmələri üçün əksiklikləri var: “Bu, əksiklik isə ümumi komponentin “insaniyyət” ünsürüdür.
Sadəcə insanlıq adına xidmət veririk
O, öz çıxışını biznes dünyası ilə bağlayıb. David bildirib ki, şirkətlər daha çox bir-biriləri ilə əlaqədə olmalı, ətraf mühitə qarşı həssasiyyət göstərməlidirlər. O, şirkət rəhbərlərinə planetimizə sahib çıxmaq üçün çağırış edib. Bütün böhranlı vəziyyətlərlə MSF tək mübarizə apara bilməz. Hər kəs “əlini daşın altına” qoymalı, planetimizə qarşı məsuliyyətli olmalıdırlar. Təsisçi, insanlara ad, ünvan, milliyyətini düşünmədən, sadəcə insaniyyət xatirinə xidmət verməyin xoşbəxtliyindən də söz açıb.
Yeni texnologiyalar MSF-in işini asanlaşdırır
Sərhəd Tanımayan Doktorlar İspaniya prezidentinin çıxışının ən kuliminasiya nöqtəsi isə yeni texnologiyaların qurumun fəaliyyətinə təsir etdiyi fayda ilə bağlı idi. Nogueranın sözlərinə görə, onlar innovasiyaya böyük ölçüdə investisiya yatırıblar.
“Biz “VR glasses experience” ilə problemi yerləri müəyyən edirik. Instagram və Twitter kimi sosial platformalardan istifadə edirik. Dronlar isə bizə fəlakət bölgələrində çəkilişlər etməyimizə kömək olur. Bir sözlə, yeni texnologiyalar həyat qurtarır.
Onun sözlərinə görə, hətta Hindistandakı xəstənin dioqnozunu və malicəsini yeni texnologiyalar sayəsində Kanadadan Avstraliyaya qədər konsultasiya vasitəsilə həyata keçirilib. Noguera deyib ki, bu gün texnologiyalar yeni fikirləri, təhsil, məlumatların paylaşılmasını daha da asanlaşdırır. O, hər kəsə xitabən qeyd edib ki, onlar da “sərhəd tanımayan fikirlərini” bizimlə bölüşsünlər.
Mənbə: DigitalAge