Tanışlıq üçün əlavəyə malik olan “Match Media Group”a daxil olan “Tinder” “Google” ilə əməkdaşlığa başlayıb. Əməkdaşlıq çərçivəsində, şirkət axtarış sisteminə reklam göndərəcək. Reklamverənlər reklam serverindən sabit qiymətə baxış əldə edə biləcəklər. Əməkdaşlıq haqqında razılaşma bu ilin sonunda tam gücü ilə işlək olacaqdır. “Tinder” bununla istifadəçilərin reklama olan reaksiyasını öyrənməyə çalışır.


Facemark.az xəbər verir ki, bu barədə “Digiday” portalı yazıb.


Tətbiqin pullu versiyası şəxslərin özlərinə uyğun olan yarını tapmasının şansını daha da artırır. Bu ilin ikinci rübündə xidmətin reklamlardan gəliri cəmi 3% olub.


Tətbiq daha əvvəl belə bir razılaşmanı “Facebook” ilə etmişdi. Bununla birlikdə, şəbəkə tezliklə “Tinder” üçün mənfi nəticələrə səbəb ola biləcək tanışlıq xidmətini işə salacaq. “Match Media Group” nümayəndəsinin sözlərinə görə, “Facebook”, “Google” ilə əməkdaşlığa baxmayaraq, “Tinder” reklam satışından asılı olmayacaq.


“App Annie”nin məlumatına görə, əlavədə reklamın həcmi 2021-ci ilə qədər 201 milyard dollara qədər böyüməlidir.