2018-ci ilin üçüncü rübündə “Yandex”in internet reklamın satışında gəlirləri ötən ilin anoloji dövrü ilə müqayisədə 18% artıb və 25,9 milyard rubla (398 milyon dollar-red.) çatıb. Məzmun və video reklamları “Yandex”in və Reklam şəbəkəsinin saytında ümumi gəlirlərin 80%-ni təşkil edib.


Facemark.az xəbər verir ki, bu barədə şirkətin maliyyə hesabatında qeyd olunub.


Daha əvvəl “Yandex”in rəqibi olan “Mail.Ru Group” öz maliyyə hesabatını açıqlamış və elan etmişdi ki, onun reklamdan gəlirləri 2018-ci ilin üçüncü rübündə 38% artaraq 7,7 milyard rubla (118 milyon dollar-red.) çatıb. Bu nəticələr isə analoji dövrdə reklam gəlirlərinin artım sürətinə görə, “Mail. Ru Group”un “Yandex”i qabaqladığını göstərir. Amma ümumi reklam gəlirlərinin həcminə görə isə, "Yandex" yenə öndədir.


Qeyd olunan dövr ərzində “Yandex” saytı üzərindən reklam satışları 22% artıb ki, bu da şirkətin ümumi gəlirlərinin 61%-i deməkdir. “Yandex” reklam şəbəkəsinin saytı üzərindən gəlirlər 7% artıb və bu şirkətin ümumi gəlirlərinin 18%-ni təşkil edib. “Yandex”in gəlirləri “Yandex Market”in gəlirləri istisna olmaqla, 2018-ci ilin üçüncü rübündə 24% artaraq 25,9 milyard rubla yüksəlib. Üçüncü rübdə pullu kliklərin miqdarı (paid clicks) “Yandex” saytında və “Yandex”in reklam şəbəkəsi üzrə saytında məcmu halda, ötən ilin anoloji dövrü ilə müqayisədə 13% artıb. “Yandex Market” istisna olmaqla, pullu kliklərin həcmi 22% artıb. Klik üzrə orta qiymət ( cost per click) 5% artıb. “Yandex Market” istisna olmaqla, isə klik üzrə orta qiymət cəmi 2% artım göstərib. 2018-ci ilin üçüncü rübündə ən sürətli inkişaf edən sahə “Yandex.Taksi” olub. Onun gəlirləri 344% artaraq 5,1 milyard rubla çatıb. İlk dəfədir ki, bu sahə bu qədər gəlir gətirib.