“Facebook” kompaniyasına daxil olan “WhatsApp” messencerinə tezliklə reklamlar gələcək.


Facemark.az-ın məlumatına görə, bu barədə “WABetaInfo” resursu yazıb.


Reklam ismarıcı interfeysin arxa hissəsində yerləşdirilə bilər. İlkin olaraq yenilik iOS əməliyyat sistemlərini dəstəkləyən qurğularda görünəcək. Daha əvvəl şirkətin əməkdaşı, proqrammist Brayn Ekton deyirdi ki, “Facebook” “WhatsApp”ı almamışdan öncə belə, reklamların köməyi ilə ondan pul qazanmağı planlaşdırırdı. “WhatsApp” təsisçilərinin inadkarlığı və tətbiqin şifrələnməsi hədəflənmiş reklamın və biznes alətlərinin tətbiq olunmasına mane olub”, - deyə o əlavə edib.
Ancaq tərəflər “WhatsApp”ın pula çevrilməsinin üsulları haqqında ortaq qərara gələ bilmədilər. Nəticədə Ekton, şirkəti tərk etməklə, mübarizədən imtina etməyə qərar vermişdi.


Qeyd edək ki, şirkətin digər tətbiqləri üzərindən uzun müddətdir ki, pul qazanılır. Belə ki, “Facebook” sosial şəbəkəsi istifadəçilərin xəbər lenində aktiv olaraq reklamları göstərir. “Instagram”da isə reklamlar “Stories” bölməsində görünür.
Cari ilin avqust ayında isə “WhatsApp”ın rəsmiləri elan etmişdi ki, onlar reklam və ya xidmət xəbərlərinin göndərilməsi üçün korporativ müştərilərindən ödəniş almağa başlayacaqlar.