“Apple” korporasiyası elan edib ki, yaxın zamanda “iPhone”, “iPad”, “Apple Watch” və “Mac”ə 70-dən çox yeni emoji gələcək.
Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, qurğulara kürən, boz, buruq saçlar, keçəl personaj, daha ifadəli gülüşlər, heyvanların yeni təsvirləri, qida üzrə məhsullar və idmanın müxtəlif növlərini əhatə edən emojilər əlavə ediləcək. Məsələn, Çin keksi ilə müxtəlif simvollar, qırmızı hədiyyə zərfi, nəzərə qarşı amulet (gözmuncuğu) və s.
İdman mövzusunda isə softbol, frisbi və lakrossa, skeyt, bel çantası, kompas, dağlıq çəkmə simvolları görə biləcəksiniz. Heyvanlardan lama, ağcaqanad, qu quşu, kenquru, yenot emojilər sırasına daxil olacaq. Yeməkdən salatın yarpağı, bublik və duz əlavə ediləcək. Yeni emoji “Unicode 11.0”ın təsdiq edilmiş simvolları əsasında yaradılıb. Hazırda “iOS 12.1.” in publik beta versiyasında emojilər əlçatandır. Onlar, həmçinin “macOS” və “watchOS”un yenilənmələrinin tərkibində çıxacaqlar.

