“YouTube" 2015-ci ildə “YouTube Gaming” xidmətini istifadəyə vermişdi. Platforma özündə video oyunlar ilə bağlı olan kontenti saxlayırdı.
Facemark.az xəbər verir ki, “YouTube Gaming” 2019-cu ilin mart ayında tamamilə bağlanılacaq və istifadəçilər Youtube.com/gaming portalına yönləndiriləcəklər.
Oyun pərəstişkarları “YouTube”un yeni portalında oyunlarla bağlı şəxsiləşdirililmiş kontent əldə edəcəklər. Qeyd olunduğu kimi onlar yeni kontentlər kəşf edə biləcək və üst səviyyə müsabiqələrin canlı yayımları və abunə olduqları kanalların paylaşımlarını izləyə biləcəklər.
Qeyd edək ki, “YouTube” da hər gün 200 milyon istifadəçi oyunlarla bağlı kontent izləyir. Oyunlarla bağlı kontentə baxış sayı isə son 12 ayda 50 milyard saatı keçib.
