Belçikanın “Stella Artois” pivə markası sentyabrın 12-dən bəri, bütün tabloidlərə və çox sayda xəbər axınının TOP-ğuna daxil olan “Apple” korporasiyasını qarşısını almaq üçün bütün gücünü səfərbər edib. Beləliklə, baxın görün ki, əsl “FaceTime” nə deməkdir.
Facemark.az xəbər verir ki, belə ki, pivə markası “Meet the Ultimate Connected Device” adlı reklam kampaniyasında “Apple”ın yüksəktexnoloji yeniliklərinə alternativ olaraq özünün pivə şüşəsini göstərir.
Reklam kampaniyasında “Stella Artois” özünün qadjetinin üstünlüklərini əyani olaraq nümayiş etdirir: 100% simsiz rabitə, sensor aktivləşdirmə, batareyanı doldurmaq üçün yüngül həll, ən hamar və zərif “svayp”...
Çarx brendin “Joie de Bière” (Pivənin sevinci) kampaniyasının bir hissəsidir. Belə ki, adıçəkilən kampaniya hər kəsi offlayn anlardan həzz almağa çağırır.
“Biz pivə qədəhinin xüsusiyyətləri ilə smartfonun funksiyalarını müqayisə etdik. Buna səbəb, insanlara çatdırmaq istəyirdik ki, onlar bir müddətdə olsa smartfondan uzaq dursunla və dostlarla pivə masası ətrafında toplaşsınlar”, - deyə “Stella Artois”un vitse-prezidenti Lara Kruq deyib.
Qeyd edək ki, reklam çarxı bir sıra istifadəçilər tərəfindən maraqla qarşılanıb və bəyənilib.
Apple-ın reklam filmi
“Stella Artois”un reklam filmi