“Twitter” və sosial platformaya daxil olan “Periscope” proqramının istifadəçiləri bundan sonra, audio mesaj göndərə və audiotranslyasiya edə biləcəklər.
Facemark.az xəbər verir ki, bu barədə sosial platformanın CEO-su Cek Dorsi “Twitter”in rəsmi saytı üzərindən məlumat verib.
Bundan sonra, audiotranslyasiyalar istənilən mobil platformalarda və “Twitter”in veb-versiyasında əlçatan olacaq. Audiotranslyasiyanın müəllifləri, audioyayımın statistikasına baxa biləcəklər. Belə ki, onlara di
nləyicilərin, hazırda qulaq asanların və təkrar qulaq asanların miqdarı və s. kimi göstəricilər açıq olacaqdır. Platformanın rəhbərliyi isə qeyd edir ki, yeni funksiya imkan verəcək ki, istifadəçilər yenilikləri canlı yayım vasitəsilə insanlara çatdırsınlar. Bu xəbər xüsusilə yeniliklər və fikirlərini 280 simvol vasitəsilə çatdıra bilməyən platformanın istifadəçiləri üçündür. Bundan başqa, istifadəçilər mini-podkast da hazırlaya biləcəklər.
Qeyd edək ki, hazırda yenilik iOS əməliyyat sistemini dəstəkləyən qurğular üzərindən mümkündür.