Almaniyanın dəb markası “Hugo Boss” “The Scent” yeni kişi parfümlərinin kampaniyası üçün məhz Bakını seçib. Çəkilişlər Heydər Əliyev Mərkəzində reallaşdırılıb.


Facemark.az xəbər verir ki, məhsulun tanıtımı ilə bağlı çəkilən reklam çarxı sosial şəbəkə istifadəçiləri tərəfindən bəyənilib.


Reklam çarxının yerli istifadəçilər tərəfindən cəlbedici edən isə hamının “Bozun Əlli Çaları” filmindən, dedektiv janrda çəkilmiş “The Fall” serialından yaxşı tanıdığı Şimali İrlandiyalı, Holywood aktyoru Jamie Dornanın markanın yeni kampaniyasında iştirakı olub. Onu cəlbedici model Birgit Kos müşayiət edib. Çarxda “Bozun əlli Çaları” filmindəki epizodlar oxşarlıq təşkil edib.


Sentyabrın 1-də Jamie Dornan Online YouTube kanalına yüklənən reklam çarxına 12 000 nəfər, digər hesablar üzərindən isə baxış sayı 42 000 -i keçib. BOSS-un rəsmi YouTube kanalında isə videoçarxın yüklənməsinin şahidi olmadıq. Çarx Baku Media Centerin YouTube platformasında isə 3 523 baxış sayı toplaya bilib.


Qeyd edək ki, çarx ilə bağlı istehsal xidmətləri Baku Media Center & Radioaktive Film-ə məxsusdur.