“Google” bütün istifadəçilərə “özü-özünə məhv olan” elektron məktubların göndərilməsi üçün əlçatanlıq verib.


Facemark.az xəbər verir ki, Cnet yazır ki, “Google”, həmçinin Gmail elektron poçt adresində alıcıdan gələn mesajları silə biləcəyiniz yeni gizlilik rejimini tanıdıb. Gmaildə artıq mobil cihazlardan göndərilmiş e-poçtları səliqəyə sala biləcəksiniz. Belə ki, yenilik sayəsində istifadəçilər yazı xətalarını düzəldə bilər və ya mətni tamamilə silə bilərlər.



Poçt xidmətinin istifadəçiləri, həmçinin kimin mobil əlavədən istifadə etdiyi və məktubun göndərilmə vaxtını görə biləcəklər. Eyni zamanda, onlar göndərilən məktubun hansı vaxt “Google” serverindən və alıcının poçt qutusundan silinəcəyini də biləcəklər. Özü-özün məhv dən məktub funksiyası ilə göndərilən məktubun göndərildikdən bir gün, ya da beş ildən sonra silinəcəyini tənzimləyə bilərsiniz. Xüsusi tənzimləmələr vasitəsilə, Gmail istifadəçiləri göndərilən məktubun kopyalanmasını və ya bir başqa alıcıya göndərilməsinin qarşısını ala bilər.


Gmail istifadəçiləri elektron poçt xidmətinin interfeysinin də yeniləndiyinin şahidi olublar. Gmalin sağ küncündə isə genişləndirilmiş panel mövcuddur. Onun vasitəsilə istifadəçilər asanlıqla, qeydlər, təqvim, tapşırıqlar bölməsinə keçid edə bilərlər.