2016-cı ilin aprelindən “Demirören Holding”in tərkibində fəaliyyət göstərən, Türkiyənin yanacaq şirkətlərindən “TOTAL Oil Türkiye A.Ş.” yeni imic kampaniyasına start verib.


Facemark.az xəbər verir ki, kampaniyanın bu gündən etibarən efirlərdə yayılması gözlənilir. Reklam filmində “Türkiyenin Enerjisi Güzel” sloqanı ilə Türkiyənin və insanlarının gözəlliklərinə toxunulur. “Bu ülkenin, doğuşu da güzel güneşinin, batışı da…” sözləri ilə başlayan filmdə Türkiyənin şərqdən qərbə, gəncindən yaşlısına çox gözəl və xüsusi olduğundan bəhs edilir. Reklam filmində yeddidən yetmişə hər kəsin sahib olduğu, ancaq bəzən xatırlatmağa ehtiyac olduğu həyat enerjisinin əhəmiyyəti vurğulanır.


TOTAL Yanacaq Doldurma Məntəqələrinin (YDM) bu həyat yolunda mübarizə aparan hər kəsə güc və enerji vermək üçün çalışdığından bəhs edilir. Türkiyə miqyasında 500-dən çox stansiyası ilə xidmət verən “TOTAL”ın manifestosu, YDM-lərini ziyarət edən hər kəsin özünü evində hiss etməsinə, enerjisini yeniliyərək gözəl duyğularla dolmasına şərait yaradır.


Markanın yeni imic kampaniyasında yuxarıda sadaladığımız məsələlərə fokuslanır və bütün Türkiyəyə bu gözəl enerjinin fərqində olun” çağırışı edilir. Filmin çəkilişləri 8 gün davam edib, yol səhnələri üçün xüsusi kamerlardan istifadə olunub. Reklam çarxının rejissoru isə Ozan Yalabıkdır.


“Total”Iın yeni reklam siması Kenan İmirzalıoğludur


Markanın reklam üzü ölkənin məşhur aktyoru Kenan İmirzalıoğludur. Reklam filmi ərzində o, istehsalçıdan, investora fərqli həyat mübarizəsi içərisində olan insanların hekayələrindən bəhs edir və onların xüsusi anlarına şahidlik edir. Filmin çəkilişləri Qaradənizdən Egeyə, Türkiyənin fərqli bölgələrində reallaşıb. TOTAL-ın imic kampaniyası il ərzində fərqli kommunikasiya kanallarında yayımlanacaq. “Demirören Holding” Idarə Heyətinin Sədri Yıldırım Demirören “TOTAL Oil Türkiye” tamamilə yeni və milli sərmayə ilə xidmət edir deyib.



Demirören Holding Idarə Heyətinin Sədri Yıldırım Demirören 2016-cı ilin aprelindən etibarən adıçəkilə holdinqin tərkibində fəaliyyət göstərən “Total Oil Türkiye A.Ş.”nin yeni dövrünü və imic kampaniyası haqda bunları bildirib:


“Total Oil Türkiye A.Ş” 100% yerli və milli yanacaq pərakəndə şirkəti olaraq bütün Türkiyəyə xidmət göstərir. “Demirören Grubu” bütün şirkətlərində olduğu kimi “Total Oil Türkiye A.Ş.” Türkiyəyə dəyər qatmaq, ölkəmiz və insanlarımıza layiq olduğu ən yaxşı məhsul və xidmətləri təklif etmək anlayışı ilə çalışır. “TOTAL Oil Türkiye” qarşıdakı illərdə YDM-lərə olan investisiyasını artıracaq və Türkiyəni qucaqlayacaq. Düşünürəm ki, yeni imic kampaniyası holdinqimizin xidmət anlayışına, insana dəyər verən baxış prizmasını çox uğurlu şəkildə ifadə edib”.


O, bildirib ki, markanın reklam filmini TV, sosial media hesabları, çeşidli onlayn media platformalarında izləmək mümkün olacaq.


Mənbə: Marketinq Türkiye