“Heineken” markası “Saatchi & Saatchi” agentliyi ilə əməkdaşlığı çərçivəsində yeni kampaniyaya start verib.


Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, agentlik ilə markanın əməkdaşlığı yeni rəqəmsal layihəyə başlamaq ilə bağlı olub və bu onların birgə hazırladıqları ilk kampaniyadır.


Layihənin reallaşmasına səbəb “Heineken” markasının alkoqolsuz içkisi olan “Gosser Lemon Radler” məhsulu ilə bağlıdır. Çarxın CG-qrafik işlərini isə FAUST studiyası ilə birgə hazırlayıblar.


Yeni çarxın baş qəhrəmanı yayın istilərindən dolayı acgözlüklə sərinlik axtaran adi şəhər sakinidir. Ona elə gəlir ki, buzlu dondurucu o an ancaq hipnoz cazibəsinə malikdir. Qəhrəmanın başına bütün bunlar ona görə gəlir ki, o hələ “Gosser Lemon Radler” məhsulu ilə tanış deyil.


Yeni kampaniya ilə bağlı bir çox istifadəçilər deyib ki, yaxşı olardı ki, marka öz məhsulunu yay aylarında bazara çıxarardı. Yəni, onların fikrincə, reklam çarxı 2-3 ay bundan qabaq çəkilməli idi.