“Naspers” şirkəti ABŞ-ın ikinci əl tətbiqi olan “LetGo”ya 500 milyon dollar investisiya yatırıb. Bu məbləğin 150 milyon dolları isə artıq yayın əvvəlində şirkətə ödənilib.


Facemark.az xəbər verir ki, hələ 3 yaşlı start-up tətbiqi dünya miqyasında 100 milyon dəfə yüklənib, 400 milyon elanı keçib. İstifadəçilər arasında göndərilən mesajlar 6 milyarda, gündəlik mesajlaşma sayı isə 13 milyona çatıb. Platformada aylıq elan verənlərin sayı isə 2018-ci ilin əvvəlindən bu yana 65% artıb.


500 milyon dollar investisiya alan şirkətin digər dəstəkçiləri isə “Accel”, “Insight Venture Partners”, “New Enterprise Associates”, “14W”, “Eight Roads Ventures”, “Mangrove Capital Partners” ve “FJ Labs” şirkətləri olub.


“LetGo” platformasının təsisçilərindən birir olan Alec Gorenford isə deyib ki, aldığımız investisiyadan dolayı xoşbəxtik: “İnvestisiya ilə yeni məhsullarımızın sayını artırmağı hədəfləyirik”.