“Galaxy Watch”u “Samsung”un “Galaxy” ekosisteminin inkişaf etmiş xüsusiyyətləri, batareya ömrünün uzunluğu, sağlamlıqla əlaqəli funksiyalar və şəxsiləşdirilmiş dizayn birləşdirir. “Galaxy Watch” stress və yuxu izləmə funksiyalarından başqa, Gümüş, Gecə Siyahı, Çəhrayı-Qızılı rəng seçimləri, interfeys, kəmərlərində də şəxsiləşdirilmiş dizayn və rəngləri isə çeşidlilik təqdim edir.
Facemark.az DigitalAge-ə istinadən xəbər verir ki, “Galaxy Watch” yeniliklərdən biri isə stressi idarə edən sistemin olmasıdır.
Sistem istifadəçidə stressin pik həddini gördükdə bu barədə onu məlumatlandırır və nəfəs məşqləri təklif edir. İnkişaf etdirilən yuxu izləmə funksiyası isə REM hərəkətləri (Sürətli göz hərəkəti - Rapid eye movement; REM, adını yuxunun röya görülən qismində gözlərin sürətli hərəkət etməsindən alıb) daxil olmaqla, bütün yuxu mərhələlərini izləyir. “Ağıllı” saata yeni əlavə edilən 21 qapalı şərait məşqləri ilə yanaşı, ümumilikdə 39 fərqli məşq çeşidini “Galaxy Watch” ilə izləmək mümkündür. 42 mm ve 46 mm olmaqla 2 fərqli ölçüdə olan saat 1,3 inç AMOLED ekran üzərində qurulub. Bu, ekran cızılmağa olduqca dayanıqlı Gorilla DX+ şüşə ilə müdafiə olunur. “Galaxy Watch” 80 saatdan çox uzun batareya ömrü təklif edir. Həmçinin, xatırlatma, hava haqqında məlumat, təqvimin ən son halından xəbərdar olmaq kimi xüsusiyyətləri mövcuddur.
“Galaxy Watch” sentyabrda Türkiyədə olacaq
“Galaxy Watch” bütün rəng çeşidləri ilə Türkiyədə sentyabr ayında satışa çıxarılması gözlənilir.