“Facebook Messenger”də artırılmış reallıq (AR) əsasında olan oyunlar meydana gəlib və onları video-çat zamanı oynamaq olar.


Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, şirkətdən bildiriblər ki, AR Studio alətinin sayəsində istehsalçılar 4 oyun təqdim edə biliblər.


Eyni zamanda 6 istifadəçi ilə (qrup söhbətlərində) oyunları oynamaq olar, oyunlar interaktiv və sosiallaşdırıcı xarakter daşıyır. Əvvəlcə Messenger əlavəsində sadəcə 4 oyuna əlçatanlıq mümkün olacaq. Bunlar “Astreoidlərin hücumu, “Bax və Gülmə”, “Beach Bump” top oyunlar və “Cat Kats Craze” oyunudur. Yeni oyunları oynamaq üçün isə siz “Messenger”in son versiyasını yükləməlisiniz. Şirkətdən qeyd ediblər ki, hələlik oyunlarda reklam olmayacaq.


Eskpertlər güman edir ki, “Facebook” reklamları ancaq oyunlarda olan mərhələlər arasına salacaq. Bundan başqa, kompaniya markalara oyunların tanıtımını etmək və yeni məhsullarını bazara çıxarmaq üçün oyunlar yaratmasına kömək olacaq. Reklamlara baxmaqla istifadəçilər dostlarını məğlub etmək üçün bonuslar qazana bilər və ya oyun simasını dəyişə bilərlər.