Hər il İsveç mebel istehsalçısı “IKEA”nın kataloqu çıxır və marka buna çox önəm verir. Dünya səviyyəsində istənilən evə daxil olması, demək olar ki, hər il orda qalması kataloqu unikal kommunikasiya vasitəsinə çevirir. Markanı hər evin qaçılmaz parçası edir.


Facemark.az xəbər verir ki, elə buna görə də, hər ilin yeni kataloqunun hazır olduğunun elanının verilməsinə xüsusi önəm verilir. Ötən il “IKEA Sinqapur” bütün kataloqu əzbərləyən gənc qadınla gündəmə gəlmişdi. 2019-cu ilin kataloqu isə əyləncəli bir filmlə hazırlanıb.


Yeni reklam filmi IKEA-nın öz daxili agentliyi olan “IKEA Creative Hub”a məxsusdur. Film Verdinin Rigoletto operasından, məşhur Le Donna e Mobile aryası ilə irəliləyir. Ancaq aryadakı sözlər orjinal deyil. Filmdəki bir qism insan “We” (Biz), digəri isə “Me”(Mən) deyir. IKEA-nın buradakı mesajı isə belədir: “Həm biz, həm də mən deyənlərə görə məhsullarımız var”.


Film fərqli ailələri əhatə edir


Fərqli tip ailələrə xitab edən əyləncəli film, həmçinin markanın vizyonunu əhatə edir. Filmdə biz gənc, yaşlı, homoseksual cütlüklərə, klassik ailəyə, yalnız yaşayanlara, işsizlərə, çalışanlara da rast gəlirik. Marka filmin sonunda “Me and we. There is room for both”(Mən və biz. İkisinə də yer var) deyərək filmi başa çatdırır.


Ekspertlər deyir ki, “IKEA”nın 2019-cu il üçün olan kataloqunu “Millennials” nəsli daha çox bəyənəcək.


İstəsəniz, IKEA 2019 kataloqunu internet üzərindən əldə edə bilərsiniz.


2018-ci il kataloqu ilə bağlı çəkilmiş filmlər:




2019-cu ilin kataloqu üçün çəkilmiş reklam filmi:



Mənbə: bigumigu.com