“Mars” korporasiyası bütün reklamlarını, “Starburst” brendinin markasının reklamının “Moscow17” rep-qrupun videosunda çıxdığına görə “YouTube”dan geri çəkib.
Facemark.az-ın“The Drum”a istinadənməlumatına görə, şirkətin nümayəndəsi deyib ki, şübhəli məzmunda reklamın yerləşdirilməsi qəbuledilməzdir və məyusluğa səbəb olur:
“Google” lazım olan təminatı verməyənə qədər, “Mars” “YouTube”da reklamlarını yerləşdirməyəcək. Bu bizim marka təhlükəsizliyimiz ilə bağlı olan boşluğu göstərir. “Mars”ın reklamları heç bir halda belə məzmunun yanında bir gələ bilməz.
“YouTube”dakı bütün onlayn reklamları geri çəkmək üçün şirkət olaraq hərəkətə keçdik və nəyin yanlış getdiyini araşdırmaq üçün isə “Google” və media satınalma agentlikləri ilə əməkdaşlıq etdiyimizi də təsdiq edə bilərik”, - deyə açıqlamada deyilib.
Drill Repin nümayəndələrindən biri deyir ki, “Moscow17”un iştirakçılarının adı daha çox qruplaşmalarda hallanır. Drill-musiqiçilərin mətnləri, əsasən soyuq silahla hücumlara və müxtəlif cinayətlərə həsr edilib. Keçən həftə Böyük Britaniyanın paytaxtında “Incognito” (Siddik Kamara) reperi öldürülmüşdü. BBC bildirir ki, “Moscow17” iştirakçısı olan Eynsvort Barton may ayında həmin rayonda vurulub. “Moscow17” məntnlərində Rusiyaya çox atmacalar var, reperlər özlərini rus və öz şəhərlərini isə Moskva adlandırırlar. Qrup üzvləri özlərini Rusiyada cinayət və zorakılığın yayılma dərəcəsi haqqında streotiplərlə assosiasiya edirlər.
Xatırladaq ki, “YouTube” ilə bağlı oxşar problem ilk deyil. Daha əvvəl platforma HSBC, “McDonald’s”, “L’Oreal”, “Audi” markalarla da belə problemlər yaşamışdı.
