Ötən gün qəhvə zənciri “Starbucks” ABŞ-da kar və zəif eşidənlər üçün ilk qəhvəxana açacağını elan etmişdi. Bundan sonra “Starbucks Türkiye” də 2017-ci ildə Eşitmə Qüsuru ilə bağlı Dərnəylə birgə həyata keçirdiyi “Əldə Ələ” sosial məsuliyyət kampaniyası çərçivəsində önəmli addım atıb.


Facemark.az xəbər verir ki, Türkiyə Statistika Qurumunun 2013-cü il üzrə məlumatına görə, adıçəkilən ölkədə 4 milyondan çox eşitmə qüsuru olan vətəndaşlar yaşayır.


“Starbucks Türkiye” kampaniya çərçivəsində çox da geniş yayılmayan “Türk İşarət Dili”ni bütün işçilərinə öyrədəcək. “Əldən-ələ” layihəsi ilə şirkət eşitmə qüsuru olan vətəndaşlarına birbaşa təmas etməyi və daim kommunikasiyada qalmağı hədəfləyir.


Layihənin ilk etabında Türkiyənin 4 əyalətində ümumilikdə 50 pilot mağazada çalışanlar bu istiqamət üzrə təhsillərini başa vurublar. Bir sonrakı məqsəd isə “Starbucks”un Türkiyədə fəaliyyət göstərdiyi 33 şəhərində yerləşən bütün mağazalarında 4 mindən çox çalışanın təhsillərini başa vurmasıdır.


Layihə çərçivəsində kommunikasiyada olan maneələri aradan qaldırmaq üçün Eşitmə Qüsuru ilə bağlı Dərnəy ilə birgə “Türk İşarət Dil”ində olan “Qəhvə Lüğəti” də hazırlanıb. “Starbucks” baristaları Dərnəyin müəllimlərinin köməyi ilə gündəlik ünsiyyət üçün lazım olan vacib sözləri, sektor terminlərini və “Starbucks” menyusundan ibarət olan “Qəhvə Lüğət”ini öyrənir. Təhsillərini başa vuran və sertifikat alan baristalar isə eşitmə qüsuru olan qonaqları qəbul etməyə hazırdırlar.


Qeyd etmək yerinə düşər ki, “Starbucks” ABŞ-da kar və zəif eşidənlər üçün ilk qəhvəxana açacağını elan etmişdi. Restoranda eşitmə qüsuru olan və sərbəst şəkildə jestlər vasitəsilə ünsiyyət quran 25 əməkdaş çalışacaq. İxtisaslaşdırımış “Starbucks” restoranı dünyada eşitmə qüsusu olan tələbələrə təhsil verən dünyanın belə ilk universiteti olan “Gallaudet”in yaxınlığında açılacaq. Restorana gələn bütün qonaqlar jestlər və ya elektron tablo üzərindən sifarişlərini edə biləcəklər. Kofe hazır olan zaman ekranda müştərinin sifarişinin nömrəsi görünəcək.



Mənbə: MediaCat