Azərbaycanda ilk filmin yaranmasından 120 il (1898-ci il) ötür.
Bu müddət ərzində Azərbaycan kinosu inkişaf yolu keçib. Yüzlərlə yaddaqalan filmlər lentə alınıb.
İlk filmlər isə fotoqraf və nasir Aleksandr Mişon tərəfindən çəkilmiş xronika süjetləri (“Bibiheybətdə neft fontanı yanğını”, “Balaxanıda neft fontanı”, “Şəhər bağında xalq gəzintisi”, “Qafqaz rəqsi” və s.) və bir bədii kinosüjetdən (“İlişdin”) ibarət idi.
1915-ci ildə Qafqazda Pirone qardaşlarının açdığı səhmdar cəmiyyətləri (ticarət evləri) tərəfindən Bakı, Tiflis, İrəvan şəhərlərində prokat kontorları yaradılmışdı.
1915-ci ildə adı çəkilən cəmiyyət neft sənayeçilərinin pulu ilə İbrahim bəy Musabəyovun “Neft və milyonlar səltənətində” romanı əsasında eyni adlı ilk Azərbaycan bədii filminin çəkilişinə başladı. Filmi çəkmək ücün Peterburqdan rejissor Boris Svetlov dəvət olunmdu.
Təbiət mənzərələri Bakıda və ətraf kəndlərdə, pavilyonla bağlı səhnələr isə Tiflisdə çəkilirdi. Filmdə Lütfəli bəy rolunu Hüseyn Ərəblinski oynayıb. 1916-cı ildə Bakıda Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettası əsasında ilk Azərbaycan kinokomediyası çəkildi. 1919-cu ildə isə Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə “Təntənə” adlı tammetrajlı film ekranlarda nümayiş etdirildi.
Azərbaycan filminin ən bəxtiyar günləri isə əslində ölkəmiz müstəqillik əldə etdikdən sonra başlayıb. Belə ki, filmlərimizi yaşadan, qoruyaraq gələcək nəsillərə ötürən, parametrlərinə görə Cənubi Qafqazda ən böyük və müasir Dövlət Film Fondu yaradılıb. Azərbaycan kinosunun maddi texniki bazasının yaxşılaşdırılması ilə bağlı Prezident İlham Əliyevin imzaladığı “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 23 fevral tarixli Sərəncamı milli kinomuzun maddi-texniki bazasının möhkəmləndirilməsinə yeni təkan verib.
Məhz bu gün ümummilli lider Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli sərəncamı ilə hər il avqustun 2-də qeyd olunur.
Facemark.az komandası kino işçilərini peşə bayramı münasibətilə təbrik edir!
Azərbaycan Beynəlxalq Bankı
Azercell
NAR
Dövlət Aqrar Ticarət Şirkəti
Access Bank Azerbaijan
Bank Respublika
Güven Taksi
Akabe İnşaat
Kapital Bank
VTB Azerbaijan
“Günay Sığorta”
Veysəloğlu Qrup
VƏ FACEMARK.AZ :)













