“WhatsApp” şirkətlərin müştəriləri ilə işgüzar kommunikasiyasını təmin etmək üçün yeni funksiyalar reallaşdıracaq. Baxmayaraq ki, müəyyən mesajların göndərilməsi şirkətlər üçün ödənişli olacaq.


Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə “WhatsApp”ın rəsmi saytında qeyd olunub. İndi müştərilər bir sıra üsuldan istifadə etməklə şirkətlər ilə ünsiyyət qura biləcəklər.


Birincisi, “WhatsApp”ın yeni funksiyası ilə müştərilər şirkətlərə növbəti konsultasiya üçün nömrələrini qoya biləcəklər. İkincisi, müştərilər birbaşa bağlantı (şirkətin rəsmi saytında və ya “Facebook” səhifəsində yerləşdirilib) düyməsi ilə şirkətlər ilə qısa zaman kəsiyində kontakt quracaqlar. Üçüncüsü, şirkətin dəsək xidməti ilə birbaşa əlaqə qurmaq asanlaşacaq.


“WhatsApp Business” tətbiqinin reallaşmasından sonra müştərilər bizə yazırdılar ki, onlar üçün çatda şirkətə yazmaq, kompaniyaya zəng etməkdən və elektron məktub göndərməkdən də rahatdır”, - deyə şirkətin saytında deyilib.



Daha əvvəl isə bildirildi ki, “WhatsApp”da qrup şəklində audio və video zənglər etmək əlçatan olub. Qeyd edilirdi ki, belə qruplarda 4 nəfərə qədər istifadəçi iştirak edə bilər.