Kommunist ölkəsi olan Kuba Respublikasında ölkə vətəndaşlarının internetə əlçatanlığında məhdudiyyətlər mövcuddur.
Facemark.az xəbər verir ki, “Reuters”ə görə 2013-cü ilə qədər ölkədə internetə daxil olmağın tək üsulu beynəlxalq qonaqlar üçün internetə qoşulmağı təklif edən otellərə getmək olub. Həmin otellər isə yalnız aşağı sürətli internet təklif edir və vətəndaşlar bunun üçün rəhbərliyə hər saat üçün 2 dollar ödəməli olurdular.
Artıq planlaşdırılır ki, qeyd olunan xidmət ölkə səviyyəsində həyata keçirilsin. Amma ilkin hədəflərə görə, əhalisinin sayı 11 milyondan çox olan ölkənin yalnız 5 milyon nəfəri (təxminən yarısı-red) ilin sonunda mobil internetə daxil ola biləcək.
Qeyd edək ki, ölkə vətəndaşlarının mobil üzərindən internetə daxil olmasındakı əngəllər aradan qalxacaqsa, bu Kuba səviyyəsində ən böyük radikal dəyişiklik hesab olunacaq.
Xatırladaq ki, Kubada üçüncü nəsil mobil kommunikasiya texnologiyasından (3G) istifadə olunur. Yeni xidmətə əlçatanlığı olan vətəndaşların 4G/LTE-yə əlçatanlığı mümkün olmayacaq. Şirkətlər isə vətəndaşların 4G-dən istifadə üçün ayda cəmi 45 dollar ödəməli olduqlarını (bu isə daha yavaş internet və yüksək qiymət deməkdir-red.) bildirir.