Rusiyanın internet kompaniyası “Yandex” şirkətinə Avrasiya iqtisadi itifaqının ölkələrinə öz istehsalı olan smartfonların idxalı üçün icazə verilib.
Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, mövcud informasiya haqqında məlumat isə malların və vasitələrin şifrələmə xüsusiyyətləri haqqında bildirişlərin vahid reyestrində çıxıb. Vahid reyestdə yerləşdirilən siyahıda Avrasiya iqtisadi ittifaqının ölkələrinə idxal olunan qurğular haqqında məlumatlar olur.
Reyestdə smartfonun istehsalı ilə bağlı bildiriş cari ilin iyulun 4-də verilib. Yayım tarixi isə iyulun 12-dədir. Smartfonun istehsalçısı — “Yandex Services AG”dir. (İsveçrə). “Yandex. Telefon”nun modeli isə YNDX-000SB-dir. Model ilə bağlı digər təfərrüatlar isə məlum deyil.
Daha əvvəl “Yandex Services AG” satışları iyulun 10-dan başlayan “ağıllı” ev multimedia sistemi “Yandex.Stansiya” ilə bağlı olaraq icazə almışdır.
Qeyd edək ki, kompaniya hələ rəsmi şəkildə yeni smartfonun istehsalı haqqında məlumat verməyib.