“Facebook” şirkəti öz istifadəçiləri haqqında məlumatları, informasiyaları üçünçü tərəf şirkətlərə ötürülməsi ilə bağlı qadağadan sonra belə, informasiyaları “Mail.ru” ilə paylaşmaqda davam edib.


Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə CNN yazıb.


CNN bildirir ki, 2015-ci ilə qədər şirkət üçüncü tərəf kompaniyalara istifadəçilərin foto, adları və s. digər məlumatları təqdim edib və şirkət buna icazə verib. 2015-ci ilin mayında isə şirkət elan etmişdi ki, “Facebook” rəsmən belə fəaliyyət növünü qadağan edir. Amma 2018-ci il iyunda “New York Times”da çıxan xəbərə görə, “Facebook” rəsmi qadağanı elan etsə də, bir çox şirkətlər ilə əməkdaşlığı davam etdirib və onlara istifadəçilərin şəxsi məlumatlarının əldə edilməsinə kömək olub.


“Facebook”un vitse-prezidenti İme Arçibonq isə deyib ki, “Mali.ru”nun məlumatlardan qeyri-qanuni istifadəsinə inanmaq üçün heç bir səbəb yoxdur. Lakin sosial şəbəkə digər şirkətlərdə olduğu ki, Rusiya şirkətinin də fəaliyyətini araşdıracaq.


Qeyd edək ki, “Facebook” istifadəçilər və onların dostları haqqında məlumatları “Microsoft”, “Apple”, “Samsung” və “Amazon” kimi şirkətlər ilə bölüşüb. Bildirilir ki, son 10 ildə “Facebook” 60 belə saziş bağlayıb.