Dünyaca məşhur qəhvə zənciri “Starbucks”, plastiklərin ətraf mühitə verdiyi zərərin qarşısını almaq məqsədi ilə 2020-ci ilə qədər şöbələrində plastik pipetkadan istifadəyə son verəcək.
Facemark.az xəbər verir ki, qadağa öncə şirkətin 28 mindən çox şöbəsini əhatə edəcək.
Yenilik ilk olaraq Vaşinqton əyalətinin Sietl və Kanadanın Vankuver əyalətlərində bu ilin son baharında, daha sonra bütün ABŞ-da və Avropadan başlayaraq qlobal miqyasda aparılacağı bildirilib.
Şirkət qeyd edib ki, hədəf 2020-ci ilə qədər ildə 1 milyard pipetkanın istifadəsinin azaldılmasıdır. “Starbucks”un baş icraçı direktoru Kevin Conson da şirkətin atdığı bu addımı “önəmli dəyişiklik” olaraq qiymətləndirib.
Ətraf Mühitin Qorunması ilə məşğul olan vəqflər isə ABŞ-ın qəhvə nəhəngi olan “Starbucks”un bu qərarını məmnuniyyətlə qarşılayıb.