“Türk Telecom” ölkədə il dönümü qeyd ediləcək 15 iyun - Demokratiya və azadlıqları anma gününə həsr edilmiş reklam filmini yayımlayıb.


Facemark.az DigitalAge-ə istinadən xəbər verir ki, “Türk Telecom”un hazırladığı filmdə 1855-ci ildə Krım Limanına edilən çıxarmadan, 1915-ci il Çanakkale Savaşından və Kıbrıs Barış Hərəkatı öncəsi diplomatik əlaqələrdən və 15 iyuldan fraqmentlər təqdim edilir.


1855-ci ildə Krım Limanında dənizə kabel buraxılması ilə başlayan filmdə teleqrafla edilən xəbərləşməyə, 1915-ci ildə Çanakkale Savaşında poçt xidmətlərinə, 1974-cü il Kıbrıs Barış Hərəkatı öncəsi, yəni 1970-cı illərdə əllə bağlanan telefona və 15 iyul azadlıq hərakatına və sonrasında çağdaş dövrümüz ən güclü kommunikasiya alətlərindən biri olan mobil səs və internet hesabına baş verən dəyişikliklərdən bəhs edilir.


Qeyd edək ki, çarx “Türk Telecom” ilə “Pat Medya” reklam agentliyinin əməkdaşlığı nəticəsində meydana gəlib. Filmin istehsalçı şirəti də “Pat Medya” agentliyidir. Reklam filminin rejissoru isə Mehmet Parmaksızdır.