Çinin elektronika şirkəti “Huawei” Rusiya bazarında ilk dəfə satışlarda lider olub.
Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu liderlik ilə o, Cənubi Koreyanın “Samsung” korporasiyasını geridə qoyub. Çin markasının smartfon satışları adıçəkilən ölkənin bazarında cəmi 3 həftədə (28 maydan 17 iyuna qədər) 23,8%-dən 26,5% -ə qədər artıb.
Eyni zamanda Koreya nəhəngi satışların artım dinamikasında ən pis göstəriciyə nail olub. Göstərilən dövr üçün “Samsung”un bazar payı 22,9%-dən 23,2%-ə qədər böyüyüb. May ortasında “Huawei”, həmçinin daşınan elektronikanın satışları üzrə “Samsung”u sıxışdırıb.
Çin şirkəti bazardakı payını kəskin, təxminən 11%-ə qədər artırmağa nail olub. Məsələn, ilin əvvəlindən ədədi ifadədə artım isə 2% olub.
Ekspertlər qeyd edirlər ki, “Huawei” tarazlaşdırılmış model sırasının sayəsində birinci yeri tutmağı bacarıb. Onların sözlərinə görə, “Samsung”un 10 min rubla qədər (270 manat-red.) olan “ağıllı” telefonu demək olar ki, yoxdur. “Huawei” ilə müqayisədə çox az modelin qiyməti isə 10-15 min rubl (270-404 manat) arasında dəyişir. Ekspertlər qeyd edir ki, bazar payına ilk növbədə qiymət təsir edir: “Aşağı qiymət ilə funksional, cazibədar dizayn bir araya gələndə rəqiblərini üstələyirsən”. Xatırladaq ki, ötən il “Huawei” satışlar üzrə qlobal reytinqdə “Apple” qabaqlamışdı. Marka yalnız qlobal satışlar üzrə “Samsung”dan geri qalmışdı.
Analtiklərin fikrincə, Çin şirkəti tədqiqat və konstruktor işlərinə ardıcıl investisiya edir. İstehsalın geniş miqyasına və satış kanallarının artımına görə, şirkət bazarda böyük üstünlüyə malikdir.