“Facebook” qrupların administratorlarına abunə üzrə eksklüziv məzmunu yaymağa icazə verən proqamın yoxlanılmasına başladığını açıqlayıb.


Facemark.az xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirib. Pilot layihə Amerikan universitetlərində əsasən mənzil, yemək bişirmək, təhsilə bağlı kiçik qruplarda yoxlanılacaq.


Şirkətdən qeyd ediblər ki, müstəqil qruplar əvvəlki rejimdə işləyəcək, amma administrasiyaya premium yarımqruplar yaratmaq və başlatmaq imkanı veriləcək.


“Business Insider” yazır ki, belə altqruplara abunəlik haqqı 4,99 dollar olacaq. Şirkətdən bildiriblər ki, abunəlik haqqı 29,99 dollara qədər arta bilər.