IKEA Rusiya yeni məhdud sayda olan kolleksiyasını Los-Ancelesdə geyim üzrə dizayner və “Stampd” markasının kreativ direktoru Kris Stamp ilə birgə buraxıb.
Facemark.az xəbər verir ki, mebel və ev əşyalarının istehsalçısı olan IKEA markası yeni kolleksiyanın Rusiya bazarında irəliləyişi üçün onlayn KİV olan ÖMANKÖ ilə də əməkdaşlıq edib.
Reklam kapmpaniyasında Rusiya küçə mədəniyyətinin müasir qəhrəmanlarının həyatından bəhs edilib.
Birinci çarx rəqəmsal rəssam və dizayner olan Zorik İstomin, ikinci çarx Pokras Lampas, üçüncü video çarxda isə Dmitri Oskes iştirak edib.