ABŞ-ın sabiq prezidenti Barak Obama və onun həyat yoldaşı Mişel Obama amerikan əyləncə şirkəti “Netflix” ilə müqavilə imzalayıb. Onlar Netflix xidməti üçün videokontent istehsal edəcək.


Facemark.az xəbər verir ki, “Netflix”in bəyanatına görə, film, serial, şouların çəkilişi Ağ Evin sabiq başçısı tərəfindən yaradılmış “Higher Ground Productions” şirkəti tərəfindən hazırlanacaq.


Barak Obama və Mişel Obama “Neftflix” xidməti üçün film və serialların yaradılmasına görə, çoxillik müqavilə imzalayıb. Şirkətin açıqlamasında görə, həmin layihələr arasında sənədli filmlər, seriallar, həmçinin xüsusi layihələr də daxil ola bilər.


Mövzu ilə bağlı açıqlama edən Barak Obama deyib ki, “İnsanlara ictimai xidmət göstərən müddətdə cəmiyyətin hər təbəqəsindən olan mükəmməl insanlar ilə tanış olduq və onların təcrübələrini daha geniş kütləyə çatdırdıq. Mişel və mən bacarıqlı, istedadlı, yaradıcı insanların hekayələrini bütün dünya ilə paylaşmağı arzu edirik”.


Mişel Obama isə deyib ki, “Barak və mən hər zaman, sözlərin gücünə və bizi dünya haqqında fərqli düşündürməsinə inandıq. Bizim fikrimizə, sözlər insanları ruhlandırır, insanları ətrafımızdakı dünya haqqında fərqli düşünməyə məcbur edir. Bizim düşüncə və ürəyimizi başqalarına açmağa imkan verir”.


O, deyib ki, Netflix bizim bölüşmək istədiyimiz bütün tarixlər üçün əla köməkçi olacaq: “Biz səbrsizliklə, bu əməkdaşlığın başlanğıcını gözləyirik”, - deyə ABŞ-ın keçmiş birinci xanımı “Netflix” ilə olan sazişi şərh edərkən bildirib.


Obama cütlüyünün “Netflix”də proqramlarının nə vaxt başlayacağı məlum deyil. Ancaq CNN-ə mənbələrin biri deyib ki, cütlüyün proqramları ən tezi 2019-cü ildə başlayacaq. Eyni mənbələr maliyyə məsələləri ilə bağlı isə informasiya verməyib.