Dizayn dünyasında illər əvvəl məşhur olan flat (rəvan) dizayn axınının geri dönüşü veb dizaynda olduğu kimi loqolarda da özünü göstərdi və flat loqo dizaynları artmağa başladı. Bu flat loqo nümunələri sizə ilham ola bilər.
Flat dizayn, professional dizaynerlər arasında son bir neçə ildə get-gedə daha məşhur olmuşdur. Artıq vizual dizaynların demək olar ki, hər sahəsində qarşımıza çıxan flat dizaynların ümumi xüsusiyyətləri isə sadə açar simvol, dəqiq mesajlar və iki ölçülü şəkillərin istifadəsi olaraq sadalana bilər.
Bundan əlavə flat dizaynlarda kölgələr, əyimlər, effektlər və ya 3D xüsusiyyətlər yoxdur. Flat dizaynlar tipoqrafik şəkillər və minimalizmə fokuslanaraq mürəkkəbliyi azaltmaq və ümumi istifadəlilik baxımından üstünlük verilir. Bütün bu xüsusiyyətlər dizaynı daha sadə və dəqiq hala gətirməkdədir.
Flat loqo dizaynları diqqət çəkici və unikal xüsusiyyətlərə malikdir. Keyfiyyətli flat dizaynın düsturu; düzgün seçilmiş rənglər, dişi istifadə və arxa planda, stil və istifadə sahəsinə uyğun tamamlayıcı elementlərə qədər uyğun birləşmə meydana gətirməkdən keçir.
Bu flat loqo nümunələrini araşdıraraq flat loqo dizaynları mövzusunda ilham ala bilərsiniz.
Aubut-fils
Berry
Bird
Bitmule
Cell-world
Comfort-Station
Cloud-Castle
Eluvphants
Emusklep
Equıtee
Flatweet
GuttenBier
HD
Hudddle
Impala
Iron-Curtain
Lion-King
Mail Pals
Mama Mafia
MY Thaı
Pıvotal
Purrfectly Good
Readingo
Safari Bar
Shazzart
Sparrow
Taurıca Traıls
Timthumb
WhoStole
Yoga
Sadəliyi və digər əhəmiyyətli xüsusiyyətləri ilə istifadədə üstünlük təşkil edən flat loqo dizaynı, minimalizmin də təsiri ilə dizayn dünyasında bir müddət daha məşhurluğunu qoruyacaq kimi görünür.
2. Rəvan dizaynın əsas xüsusiyyətləri
Yuxarıda da qeyd olunduğu kimi flat dizaynın əsas xüsusiyyətləri - kölgə, əyim, qabartma, qradient rəng keçidlərindən imtina olunması, 3 ölçülü elementlər və kölgəli qabartmanın olmaması, skeuomorphic (həyatda olduğu kimi rəsm etmək) dizayn elementlərinin əksinə minimalist yanaşma bu trendin əsasını təşkil edir.
Beləliklə flat və ya düz (rəvan) dizaynın əsas xüsusiyyətlərini aşağıdakı kimi qruplaşdıra bilərik:
1. Sadəlik
Flat dizaynın ən mühüm xüsusiyyətlərindən biri şübhəsiz ki, sadəlikdir. Mürəkkəb anlaşılması çətin elementləri ən sadə halda təqdim edərək qavrama müddətinin azalması bu tərzin əsasını təşkil edir.
“Facebook”dakı ikonların dəyişməsi bu sadəlik anlayışı üçün olduqca yaxşı nümunə sayıla bilər.
2. Dərinliyin sonu
Flat interfeys dizaynlarında dərinliyə sahib, 3 ölçülü, Emboss effektinə sahib, qradient rəngləmə edilmiş heç bir element qəbul olunmur. Tam əksinə tamamilə sadələşdirilmiş, üzərindəki detallardan təmizlənilmiş dizaynlar rəğbət görür.
Flat dizaynda, skeuomorphism yəni obyektləri əsl dünyada göründükləri kimi qrafikləşdirmə dövrü də sona çatdı.
3. Sadəliyin cazibəsi
Əslində sadə olan demək olar ki hər şey gözəl və funksional hesab edilir. Məhz Flat dizayn meyli də bu məqamda dövrəyə girir. Dərinlik və ölçülərdən təmizlənmiş qrafik elementləri, ən sadə halı ilə dördbucaqlı və kadrlar formasında sadələşdirilmiş düz şəkillər flat dizaynın əvəzedilməz xüsusiyyətləridir.
4. Tipoqrafiya
Tipoqrafiya estetika flat dizayn üçün mühüm xüsusiyyətlərdən biridir. Flat dizaynların ortaq seçimləri serifsiz fontların üstünlük təşkil etməsidir. Böyük hərf istifadəsi rəvacdır.
5. Flat dizayn rəngə fokuslanır
Rənglər flat dizaynın ən əsas xüsusiyyətlərindən biridir, hətta Flat UI üçün qəbul edilən xüsusi rəng palitraları yaradılır.
Xüsusilə https://flatuicolors.com/ saytı bu mövzuda ən yaxşı mənbələrdən biridir. Flat dizaynlarda istifadə edilən rənglər ümumiyyətlə canlı tonlardan seçilib, mat və pastel versiyalara üstünlük verilir.
Fərrux Rəhimov – Azərbaycan Dövlət Aqrar Universiteti.
Mənbə
1. Tuğba Ayvaz – “Flat Logo Tasarımları” - http://www.dijitalajanslar.com/ flat-logo-tasarimlari/
2. http://www.hasanyalcin.com/flat-tasarim-prensipleri/































