Milyonlarla “Facebook” istifadəçisini maraqlandıran “Cambridge Analytica” qalmaqalından sonra, sosial media platformasının CEO-su Mark Zuckerberg səsizliyini pozaraq “haqsızlığa məruz qalmışıq” demişdi. “Facebook”da istifadəçilərin məlumatlarını əldə edən bütün tətbiqlərin araşdırıdığına dair söz vermişdi.
Facemark.az xəbər verir ki, “Facebook”dakı bilgiləri əldə edən bütün tətbiqlərin araşdırılması təxminən 2 aydan sonra bu gün ilk nəticələrini verib.
Araşdırmanın ilkin mərhələsində gəlinən son vəziyyət bu gün şirkətin rəhbərinin köməkçilərindən olan Ime Archibongun bloqunda yayımladığı yazı ilə açıqlanıb. Buna görə, şəxsi məlumatları mənfi yönümdə istifadə edilməsi riskinə qarşı araşdırılan minlərlə tətbiqdən 200-ü şübhəli hesab edilib. Hələ ki, şirkət 200 tətbiqin adını gizli saxlayır.
“Facebook” şübhəli tətbiqlərin informasiyaları mənfi yönümdə istifadə edilməsi təsdiqlənərsə onlara qadağa qoyulacağını və bundan dolayı haqsızlığa məruz qalmış abunəçilərin vəziyyətdən xəbərdar olunacağı bildirilib. Bloq yazısında, həmçinin qeyd edilib ki, istifadəçilərin məlumatlarını mənfi yönümdə istifadə edilən tətbiqlərin hamısının tapılması vaxt alacaq.
Zuckerbergin başlatdığı araşdırma müddəti bu ilin martın 21-dən, yəni “Cambridge Analytica” qalmaqalından sonra start götürüb.
Mənbə: DigitalAge